📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlik məşhur klinikanın fəaliyyətini dayandırdı - VİDEO

2022-06-24 23:58:00

Nazirlik məşhur klinikanın fəaliyyətini dayandırdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları paytaxtın Nərimanov rayonunda yerləşən ''Buta'' klinikasında yoxlamalar keçiriblər. Yoxlama zamanı klinikada bir sıra nöqsanlar aşkar edilib. Məhz bu səbəbdən də klinikada bəzi xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb.

Vətəndaşların gündəlik istifadə etdikləri klinikada yoxlamalar aparıldı, insanların həyat və sağlamlıqlarına təhlükə yaradan problemlər aşkar edildi.

Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Cəmil Xudiyevin sözlərinə görə, binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən xüsusi üzlük materiallarından istifadə edilməsi, insanların yanğın hadisəsi haqqında xəbərdar edilmələri üçün xəbərverici lövhələrin quraşdırılmaması halları da aşkar edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən klinikanın cərrahiyyə və təsərrüfat otaqlarında, habelə yeməkxanada iş və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.