Nazirlik MİQ imtahanı barədə məlumat yaydı
2024-07-10 23:55:05
2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşıb.
Bu barədə Hurriyyet.az-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.
"Müsabiqənin vakansiya seçimi mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq", - deyə məlumatda qeyd edilib.