📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlik pensiya və müavinətlərlə bağlı məlumat yaydı

2025-03-27 12:04:14

Nazirlik pensiya və müavinətlərlə bağlı məlumat yaydı

Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırıb.