📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlik rəsmisi ölkədə yayılan virusdan danışdı

2023-02-08 16:29:00

Nazirlik rəsmisi ölkədə yayılan virusdan danışdı

“İnsanlar soyuq havada qapalı məkanlara toplaşırlar. Bu da xəstələnmə hallarını artırmış olur. Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.

Hurriyyet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son vaxtlar yayılan xəstəliklərlə bağlı danışarkən bildirib.

T.Eyvazov qeyd edib ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb: “Qrip ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq. Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir”.

Nazirlik rəsmisi antibiotiklərin həkim məsləhəti olmadan istifadəsinin düzgün olmadığını vurğulayıb. (qafqazinfo)