📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlikdə Aparat rəhbəri oldu

2026-11-23 21:22:46

Nazirlikdə Aparat rəhbəri oldu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub.

Hurriyyet.net xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb.

Əmrə əsasən Elmin İsa oğlu Fərəcov nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.