📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlikdə kobud qanun pozuntusu - Borclu şirkət necə qalib oldu?

2022-07-11 13:40:00

Nazirlikdə kobud qanun pozuntusu - Borclu şirkət necə qalib oldu?

Daha bir dövlət agentliyi tender qaydalarını pozub.

“APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb.

Qalib şirkət "Digital Umbrella" MMC ilə 60 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Aqrar Xidmətlər Agentliyinə 7 xidmət göstərəcək.

Hurriyyet.az xəbər verir ki, "Digital Umbrella" MMC-nin 19 360 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.