Nazirlikdən Bakıdakı yanğınla bağlı AÇIQLAMA
2022-09-06 09:33:00
Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinin inzibatı binasında yanğına dair yayılan xəbərlərə münasibət bildirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Aynur Sabitova açıqlama yayıb.
“Yanğın nazirliyimizin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib. Yanğın Xətai rayon İcra Şöbəsinə keçməyib. Hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur”, - A.Sabitova qeyd edib.
Bizim.Media