Nazirlikdən COVİD-19 açıqlaması: vəziyyət pisləşir!
2022-07-20 15:20:00
Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq. Çünki bir müddət əvvəl epidemioloji vəziyyət nəzarət altında idi.
Hurriyyet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
“Təsadüfi deyil ki, bunun Azərbaycana da təsiri olacaq. Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu gözlənilən haldır”.