Nazirlikdən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı AÇIQLAMA
2022-09-14 16:13:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.
Hurriyyet.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.
Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.