📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirliyin bir qrup əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib

2026-05-11 20:05:35

Nazirliyin bir qrup əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

Onlar Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, yürüş iştirakçıları məqsədə uğurla nail olublar.

Ulu Öndərimizin adını daşıyan zirvədə onun barelyefi ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib.