📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirliyin qurumu "Cəsur döyüşçü"nü məhkəməyə verdi - Torpağa görə...

2023-02-07 21:39:00

Nazirliyin qurumu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Sabirabad Regional Meşə Təsərrüfat Mərkəzi II Qarabağ döyüşlərinin iştirakçısı, “Cəsur döyüşçü” ordeni ilə təltif edilmiş Hüseynov Bəxtiyar Urşan oğlunu məhkəməyə verib.

Hurriyyet.Az xəbər verir ki , Biləsuvar Rayon Məhkəməsində hakim Rəfayil Əliyevin icraatına verilən məhkəmə işinin mahiyyəti Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılmasından ibarətdir.

Qeyd edək ki, Mərkəzin direktoru Vüsal Talıblıdır.

Xarıladaq ki, 24 İyun 2021-ci il tarixində Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Silahlı Qüvvələrin hərbi qulluqçularından çavuş Hüseynov Bəxtiyar Urşan oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.\\32gun.az