📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirliyin zavodunda partlayış - Ölən və xəsarət alan var - Yenilənir

2023-07-24 13:47:00

Nazirliyin zavodunda partlayış - Ölən və xəsarət alan var - Yenilənir

Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış olub.

Hurriyyet.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı  üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

***

Ölən şəxsin zavodda işləyən 1966-cı il təvəllüdlü Mehman Əhmədov, xəsarət alanın isə 1970-ci il təvəllüdlü Səbinə Şəkərova olması müəyyənləşib.