📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NBC: “ABŞ donanmasının aviadaşıyıcısı yaxın günlərdə İsrailə çatacaq”

2023-10-09 11:03:19

NBC: “ABŞ donanmasının aviadaşıyıcısı yaxın günlərdə İsrailə çatacaq”

Hurriyyet.az xəbər verir ki, NBC şirkətinin məlumatına görə, Vaşinqton İsrailin və ABŞ-ın mülki vətəndaşlarının ölkədən təxliyyəsi planı üzərində işləyir.

Kanal ABŞ hökumətindəki mənbələrə istinadla, ABŞ Hərbi Dəniz Donanmasının “Gerald R. Ford” aviadaşıyıcı gəmisinin zərbə qrupu ilə birlikdə İsrailə çatacağını də bildirib. Bəlli olduğu kimi, ABŞ Müdafiə Naziri Lloyd Ostin də Vaşinqtonun həmin aviadaşıyıcını Aralıq dənizinin şərqinə göndəriləcəyini bəyan eləyib. Aviadaşıyıcı gəmi ilə yanaşı göndərilən zərbə qrupuna raket kreyseri və dörd ədəd raketli eskadra mina gəmisi də daxildir.

Hürr Tərcüman