📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Nə qədər müraciət edirik, icazə ala bilmirik”

2026-10-18 16:29:26

“Nə qədər müraciət edirik, icazə ala bilmirik”

Müğənni Vüsal Əliyev Heydər Əliyev Sarayında konsert vermək arzusunu reallaşdıra bilmir. 

İfaçı bu haqda "1001 Şou" verilişində deyib.

O, konsert salonunda səhnəyə çıxmaq üçün dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilmədiyini bildirib:

"Təəssüf olsun ki, nə qədər müraciət edirik, amma hələ ki, icazə ala bilmirik. Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur. Xəbər göndərirəm, bir müddət keçir və cavab gəlir ki, olmaz". (Axşam.az)