Neçə nəfərin deputatlığa namizədliyi qeydə alınıb?
2024-08-03 15:24:25
Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Hurriyyet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə, 1508 nəfər namizədlik üçün müraciət edib.
“590 nəfər 22 siyasi partiyadan irəli sürülüb. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub”, - o deyib.