📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Necə şiddətli, ağır xəstəlikdir" yazan müəllim bu gün vəfat etdi - Azərbaycanda

2021-08-19 16:29:00

Azərbaycanda müəllim koronavirusun qurbanı olub.

HURRİYYET.az xəbər verir ki, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib.

İngilis dili müəllimi olan 23 yaşlı Qurbanova 2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edib:

“Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib”.