📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəcməddin Sadıqov qəzaya düşdü

2022-02-16 13:50:00

Nəcməddin Sadıqov qəzaya düşdü

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıqov Bakıda qəza törədib.

Hurriyyet.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.

Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N.Sadıkqv qarşıdakı “Toyota Prius” markalı maşını vurub.

Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.

Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.

N.Sadıqov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.