Ned Prays: Türkiyənin bu vəhşi müharibəyə son qoymaq səylərindəki konstruktiv rolunu yüksək qiymətləndiririk
2023-01-06 12:09:00
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin vasitəçilik rolu ilə bağlı tərif dolu fikirlər ifadə edib.
“Biz Türkiyənin bu vəhşi müharibəyə son qoymaq səylərindəki konstruktiv rolunu yüksək qiymətləndiririk. ABŞ Türkiyənin Ukraynanın ərazi bütövlüyünə qəti sadiqliyini və Ukrayna ilə Rusiya arasında dialoqu inkişaf etdirmək səylərini yüksək qiymətləndirir. Türkiyə əvvəldən konstruktiv oyunçu olub. O, dialoqu və konstruktiv diplomatiyanı inkişaf etdirməyə çalışır”, deyə Ned Prays bildirib.
Ülviyyə, Hurriyyet.az