Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi
2026-11-23 18:51:47
Müğənni Nəfəs Məmmədova həmkarı Pünhan Piriyevlə səmimi görüntülərinin müzakirə olunmasına biganə qalmayıb.
İfaçı yayılan kadrlara görə onu tənqid edən sosial şəbəkə istifadəçilərinin münasibətini düzgün hesab etmədiyini bildirib. Nəfəs Pünhanla münasibətlərinin uzun illərə söykəndiyini və aralarında sadəcə dostluq olduğunu vurğulayıb.
Xatırladaq ki, ifaçıların bir məclisdə lentə alınan görüntülərində Pünhan Piriyevin qolunu Nəfəs Məmmədovanın boynuna dolayaraq onu başından öpdüyü əks olunub. Həmin anlar sosial mediada fərqli reaksiyalarla qarşılanmışdı.