📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Neft 140 dollara qədər bahalaşa bilər” – ABŞ Ukraynadakı müharibədən faydalanaraq nefti ucuzlaşdırmaq istəyir

2022-07-12 14:19:00

“Neft 140 dollara qədər bahalaşa bilər” –  ABŞ Ukraynadakı müharibədən faydalanaraq nefti ucuzlaşdırmaq istəyir

ABŞ ilə Yaponiya Rusiya neftini çox ucuz qiymətə almaq istəyirlər

Hurriyyet.az xəbər verir ki, “Röyters” agentliyinin ABŞ Maliyyə Nazirliyindəki məmura istinadla verdiyi məlumata görə, ABŞ-da neftin qiymətinin 40 faiz bahalaşaraq 140 dollara çatacağından ehtiyat edirlər. Bunun qarşısını almaq üçün ABŞ Rusiya neftinin qiymətinə məhdudiyyətlər qoyulmasını təklif edir.

ABŞ-ın Maliyyə naziri Canet Yellen yaponiyalı həmkarı Şunii Suzuki ilə bu gün keçiriləcək görüşü zamanı qlobal iqtisadiyyatın inkişafı və qiymətlərin məhdudlaşdırılması ilə bağlı təkliflərin reallaşması məsələsini müzakirə edəcək.

Bundan başqa , neftin qiymətlərinin məhdudlaşdırılmasının sanksiyalara neftin müəyyən edilmiş qiymətdən ucuz alınmasına icazə verilən düzəlişlərlə birlikdə tətbiq edilməsinin lazım olduğu bildirilir. Məqsəd – qiymətləri yalnız Rusiyanın neft hasilatı xərclərini ödəyə biləcəyi, neft ixracına stimul verəcəyi, lakin Ukraynadakı müharibəni maliyyələşdirməsinə imkan verəcək qədər yüksək olmaması səviyyəsində saxlamaqdır.

Yaponiyanın rəsmi şəxsləri olduqca aşağı qiymət limitindən narahat olduqlarını bildirsələr də, bir barrel Rusiya neftinin qiymətinin potensial diapazonunun 40-60 dollar civarında olmasını istisna etməyiblər.

Rusiyadan ucuz neft alan Çin, Hindistan və digər alıcıların bu qərarlara qoşulmayacağı təqdirdə həmin addımların nə qədər effektli olacağı məsələsi də bugünkü görüşdə müzakirə ediləcək.

Hürr Tərcüman