📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neft bazarında müharibə həyəcanı: qiymət 104 dollara çatdı

2026-05-11 11:37:30

Neft bazarında müharibə həyəcanı: qiymət 104 dollara çatdı

ABŞ və İranın müharibənin dayandırılması ilə bağlı irəli sürülən təklifləri rədd etməsindən sonra dünya bazarında neftin qiyməti kəskin yüksəlib.

Hurriyyet.az xəbər verir ki, neft qiymətləri 3,5 faizdən çox artaraq bir barel üçün 104 dollara çatıb.

Tərəflər arasında razılığın əldə olunmaması enerji bazarında ciddi narahatlıq yaradıb. Xüsusilə Hörmüz boğazı ətrafında vəziyyətin qeyri-müəyyən qalması investorların risk gözləntilərini artırıb.