📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü

2026-10-23 11:39:56

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Hurriyyet.net  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvana gedən yolda qeydə alınıb.

İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.