📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

2025-03-10 23:15:38

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Hurriyyet.Az-ın məlumatına görə, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı, övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü, 2021-cü il təvəllüdlü M və F hamamda çimərkən dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.