📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Neftçi" 1,8 milyon qiyməti olan braziliyalını transfer etdi!

2023-07-18 19:21:00

 "Neftçi" yeni transferini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, "ağ-qaralar" braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb. 28 yaşlı mərkəz müdafiəçisi 44 nömrəli formanı geyinəcək.

Futbolçunun "Transfermarkt"də dəyəri 1,8 milyon avro civarındadır.

Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.

msg 1313877605 6442

 

Offsideplus.az