📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Neftçi" bu futbolçunun transferində İspaniya nəhənglərinə rəqib oldu

2024-01-20 20:21:25

Rumıniya millisinin qapıçısı Horatiu Moldovan karyerasını Azərbaycanda davam edirə bilər.

Qolkiperlə "Neftçi" yaxından maraqlanır. Bu məlumatı “atleticosport.es” saytı yayıb. Xəbərdə bildirilir ki, İspaniyanın “Atletiko” ilə “Betis” klubları da 26 yaşlı qolkiperi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, qapıçının müqaviləsində sərbəst qalma bəndi var. “Rapid”lə 2025-ci ilin yayına qədər sözləşməsi olan Moldovanı almaq istəyən klub 800 min avro ödəməlidir. \\Offsideplus.az