📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Neftçi” klubunun bazasına hücum edən azarkeşlər cəzalandırılıblar

2024-03-04 19:45:47

“Neftçi” klubunun bazasına hücum edən azarkeşlər cəzalandırılıblar

Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Arif Dadaşov, Ceyhun Quliyev, Vasif  Rzayev və Sabir Nəzərov müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər iki nəfər isə cərimə edilib.