📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Neftçi" Regekampfın rəhbərliyi altında ilk məşqinə çıxdı - FOTO

2022-06-22 22:10:00

"Neftçi" 2022/2023 mövsümünə hazırlığı davam etdirir.

"Ağ-qaralar" yeni baş məşqçisi Laurentsiu Regekampfın rəhbərliyi altında ilk məşqə çıxıb.

 

 

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan hazırlıq prosesindən öncə rumıniyalı mütəxəssis futbolçulara təqdim olunub. Məşq zamanı müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, komandanın tam heyətlə olmadığı məşqdə Regekampfın köməkçiləri Viorel Dinu və Boqdan-Kornel Merişanu da iştirak ediblər. \\Fanat.Az