📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Neftçi“ tanınmış məşqçinin oğlunu da Rusiyaya apardı

2023-07-05 22:12:00

“Neftçi“ tanınmış məşqçinin oğlunu da Rusiyaya apardı

Konfrans Liqasına hazırlaşan “Neftçi” hazırda Sankt-Peterburqdadır.

“Ağ-qaralar” Rusiyada təşkil olunan “Matç TV kuboku”nda iştirak etmək üçün bu ölkəyə yollanıb.

25 nəfərlik heyətdə bir neçə gəncin adı diqqət çəkir ki, onlardan biri də Ömər Qurbanovdur.

Laurentsiu Regekampfın ötən mövsüm “Şamaxı” ilə matçda 11 dəqiqə forma şansı qazandırdığı 2005 doğumlu yarımmüdafiəçi futbolçu ailəsindədir.

Belə ki, Ömər Azərbaycanın Pro kateqoriyalı məşqçisi, ölkə kubokunun 2 qat sahibi Sənan Qurbanovun o

“Neftçi” “Matç TV kuboku”nda keçirdiyi ilk qarşılaşmada “Zenit”ə 1:3 hesabı ilə məğlub olub. Bəzi gənclərin meydana çıxdığı oyunda Ömər Qurbanov şans qazanmayıb.

 

HƏBİB / SPORTİNFO.AZ