"Neftçi" ukraynalı hücumçunun transferini açıqlayıb
2024-07-30 19:56:18
"Neftçi" heyətini ukraynalı hücumçu ilə gücləndirib.
Klubdan Hurriyyet.az-a verilən məlumata görə, "ağ-qaralar" Andrey Ştoqrinlə razılığa gəlib.
Paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.