"Neftçi" və Azərbaycan millisinin sabiq futbolçusu müharibəyə çağırıldı
2022-09-28 19:49:00
Azərbaycan millisinin və "Neftçi' klubunun keçmiş futbolçusu Emin Ağayev Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün Rusiya ordusuna çağırılıb.
49 yaşlı veteran futbolçu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin qismən səfərbərlik haqda sərəncamına əsasən, ordu sıralarına çağırılıb.
Qeyd edək ki, Emin Ağayev uzun illər Rusiyada yaşayıb və oranın vətəndaşlığını alıb. \\Offsideplus.az