📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Neftçi” yenə “Qarabağ”ı təbrik etmədi

2026-01-29 13:26:37

“Neftçi” yenə “Qarabağ”ı təbrik etmədi

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə adlamaq münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, 11 klubdan 3-ü isə bu təbrikə qoşulmayıb. 

Ağdam təmsilçisini təbrik etməyənlər “Neftçi”, “Kəpəz” və “Karvan-Yevlax”dır. 

Xüsusilə “Neftçi”nin Azərbaycan təmsilçisinin uğuruna biganə yanaşması müzakirələrə səbəb olub. 

“Qarqabağ” da öz növbəsində həmin klublara təşəkkürünü bildirib. 

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsinə düşərkən də “Qarabağ”ı təbrik etməmişdi. Bu da müzakirələrə səbəb olmuşdu.