📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Neftçi"də ciddi itki: 2 həftəlik sıradan çıxdı

2024-02-12 21:43:45

Sumqayıt”la Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən Andre Şinyaşikinin durumuna aydınlıq gəlib.

Məlumatı "Neftçi"nin mətbuat xidməti yayıb. Baldır əzələlərində gərilmə olan futbolçu 2 həftədən sonra məşqlərə qoşula biləcək.

Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək.

Uzun müddətdir zədəli olan İvan Brkiç isə artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir. \\Offsideplus.az