📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Neftçi"də ciddi itki

2026-04-03 22:02:13

"Neftçi"nin kapitanı zədələnib.

Hurriyyet.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Emin Mahmudov millinin düşərgəsindən zədəli qayıdıb. Təcrübəli futbolçu hazırda Serbiyadadır.

O, müalicəsi ilə bağlı sözügedən ölkəyə yollanıb.

Mahmudov Premyer Liqanın növbəti turunda keçiriləcək "Sumqayıt" görüşünü buraxacaq. Onun yenidən yaşıl meydanlara nə zaman dönəcəyi bəlli deyil.

"Sumqayıt" - "Neftçi" matçı ayın 5-də, saat 18:00-da start götürəcək.