📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Neftçi"nin baş məşqçisi Azərbaycana gələn il dönəcək

2023-12-22 20:09:41

"Neftçi"nin baş məşqçisi Adrian Mutu bu il Azərbaycana qayıtmayacaq.

Anasının vəfatına görə Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la (4:0) matçını buraxan və Rumıniyaya yollanan Mutunun Bakıya gələn il qayıdacağı ehtimal olunur.

Buna görə də "Neftçi"ni Premyer Liqanın 18-ci turunun “Kəpəz”lə görüşünə də Alin-Nikolae Çita çıxaracaq.

Bu məşqçi "Qaradağ-Lökbatan"la görüşdə də Mutunu əvəzləyirdi. "Neftçi" - "Kəpəz" matçı dekabrın 24-ü, 16:00-da “Neftçi Arena”da keçiriləcək.

Mutu Bakıya yalnız ilin əvvəlində “Neftçi”nin qış toplanışı üçün qayıdacaq. 

 

//Sportinfo.az