"Neftçi"nin baş məşqçisi: "Belə oynayırıqsa, qələbə qazanmağa layiq deyilik"
"Biz tərəfdən çox pis oldu. Ürəksiz, həvəssiz oynadıq. Meydanda heç nə yox idi. Bu matçı çox yaxşı analiz edəcəyik. Belə oynayırıqsa, qələbə qazanmağa layiq deyilik. bundan daha yaxşı oynamalıyıq. Çünki komandada keyfiyyətli futbolçular çoxdur. Bunu daha əvvəl də görmüşük. Hər oyuna 100 faiz hazır olmalıyıq. Belə oynayırsansa, şansın yoxdur. Pis oynasaq belə, ilk hissədə matçın taleyini həll edə bilərdik. Hesabda öndə idik. Matçın sonlarındakı epizodlar baş verməli deyildi. İrəliyə baxmalıyıq. Sabahdan təhlil etməyə və üzərimizdə çox işləməyə başlayacağıq".
Bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur oyuundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis rəqib həmkarı Murad Musayevə taktikada uduzmadığını bildirib: "Bu gün planda daha çox topa sahib olmaq nəzərdə tutulmuşdu. Oyun üslubumuz belədir. Mərkəz yarımmüdafiəçilərimiz çox güclüdür. Daha yaxşı oynamalıydıq. Amma topu özümüzdə çox saxlayırdıq. Hərəkət etməliydik. Meydanın mərkəzində mübarizəli oyun gedirdi. Biz də buna hazır deyildik".