📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neftin qiyməti düşdü

2024-06-04 09:06:20

Neftin qiyməti düşdü

Hurriyyet.az

Dünya bazarında neftin qiyməti 0,36% ucuzlaşıb.

“Brent” markalı neftin bir barelinin dəyəri fevralın əvvəlindən bəri ilk dəfə 78 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 04:39-a olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 0,36% azalaraq bir barel üçün 77,84 dollar təşkil edib.

Qərbi Texas markalı neftin dəyəri iyul fyuçersləri 0,74% ucuzlaşaraq 73,67 dollar olub./APA