📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəhayət! Bu ölkədə Kovid pasportu ilə maska məcburiyyəti keçmişdə qaldı

2022-01-27 18:50:00

Nəhayət! Bu ölkədə Kovid pasportu ilə maska məcburiyyəti keçmişdə qaldı

Hurriyyet.az xəbər TRT Haber kanalına istinadla xəbər verir ki, İngiltərədə bu gündən etibarən yoluxan şəxslərin təcrid edilməsi istisna olmaqla, bütün Kovid-19 tədbirləri ləğv olunur.

Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, “peyvənd proqramının böyük nailiyyəti” sayəsində Omikron variantı ilə mübarizə çərçivəsində 8 dekabr tarixindən tətbiq edilməyə başlanılan “Plan B” tədbirlərinə son qoyulub.

Buna görə də Kovid-19-la bağlı peyvənd paspotru adlandırılan sənədlərdən icbari istifadə dövrü başa çatıb. Lakin gecə klubları və teatrlar kimi məkanlar könüllü şəkildə bu yoxlamanı apara bilərlər.

Maska taxma məcburiyyəti də ləğv edildi, lakin qələbəlik yerlərdə və bağlı məkanlarda maska taxmaq tövsiyə edilir.

Yoluxma halında təcridetmə tətbiq ediləcək.

Britaniyanın Səhiyyə naziri Sacid Cavid öz açıqlamasında hələ peyvənd olunmayanlara peyvənd edilməyi məsləhət verərək deyib: “Kovid ilə yaşamağı öyrənərkən, bu virusun getməyəcəyini açıqca görməliyik”.

Hökumət maska taxmaq məcburiyyətini ləğv eləsə də, supermarketlərlə ictimai nəqliyyat şirkətləri müştəri və sərnişinlərin maska taxmağa davam eləməsini istədiklərini bildiriblər.

Ölkədə evdən işləmək məcburiyyəti də ötən həftədən başa çatıb. Dövlət qulluqçularından idarələrə qayıtmaları üçün müdiriyyətlə görüşmələri tələb olunub.

Yanvarın 4-də yoluxma sayı 218 mini keçəndən sonra, İngiltərədə bu statistikada azalamalar qeydə alınmağa başlayıb. Dünən 102 292 yoluxma və 346 ölüm halı qeydə alınmışdı.

Hürr Tərcüman