📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

2026-10-16 13:42:18

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib.

Hurriyyet.net APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib.

Onunla vida mərasimində yaxınları, kənd sakinləri ilə yanaşı Ukraynanın Azərbaycandakı hərbi attaşesi polkovnik Taras Novrovski də iştirak edib.

Qeyd edək ki, Vahab Quliyev Kupyansk istiqamətində gedən döyüşlər zamanı PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Vahab Quliyev məşhur "Nənələr" qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, anasının qəbrinin yanında torpağa tapşırılıb.