Nepalda ölənlərin sayı 270 nəfərə çatdı: İtkin düşənlər arasında 28 fərqli ölkənin vətəndaşları var
2026-08-27 16:51:35
Nepalda baş verən şiddətli daşqınlar nəticəsində azı 175 nəfər həyatını itirib, 476 əcnəbi vətəndaş isə itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi Nepal səfirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
"Hazırda 175 meyit aşkar edilib, həm yerli sakinlər, həm də turistlər olmaqla çox sayda insan itkin düşmüş sayılır. Son məlumatlara əsasən, 28 müxtəlif ölkədən olan 476 nəfərin taleyi barədə heç bir xəbər yoxdur", - deyə agentliyi məlumatlandıran mənbə vurğulayıb.
Qeyd edək ki, sel fəlakəti avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgələrində qeydə alınıb. İlkin ehtimallara görə, daşqın dalğası Çin və Nepal sərhədində qar və daş uçqununun baş verməsi səbəbindən yaranıb.