📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nepalda ölənlərin sayı 626-ya çatdı

2026-08-29 12:13:00

Nepalda ölənlərin sayı 626-ya çatdı

Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib.

Hurriyyet.media  CNN-ə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki açıqlama ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Son məlumatlarda ölənlərin sayının 579 olduğu, təxminən 2 min nəfərin isə itkin düşdüyü bildirilirdi.

Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.