📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırıq

2023-06-16 12:29:00

Nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırıq

Biz 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, regiondakı nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırıq.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, tərəflərin artıq bir-birilərinin ərazi bütövlüyünü tanıdığını xatırladıb.

Baş nazir bildirib ki, növbəti addım demarkasiya və delimitasiya olmalıdır./axar.az/