📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nərgiz Qurbanova istefaya göndərildi

2026-04-22 18:48:29

Nərgiz Qurbanova istefaya göndərildi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, U-17-yə müvəqqəti olaraq A milli komandanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.