📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəriman Axundzadə bu gün ABŞ çempionatında debüt edə bilər

2026-03-21 23:17:34

Nəriman Axundzadə bu gün ABŞ çempionatında debüt edə bilər

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edə bilər.

Publika.az xəbər verir ki, 21 yaşlı futbolçunun adı müntəzəm mövsümün V turunun "Toronto" ilə oyununun iştirak ərizəsinə salınıb. Gənc forvard baş məşqçisi şans verəcəyi təqdirdə, matçın gedişində meydana daxil ola bilər.

Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.