Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq
2026-08-01 12:37:13
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Hurriyyet.media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, 95 yaşlı Nəriman Həsənzadə bu gün vəfat edib.