📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nərmin Həsənova vəzifəsindən azad olundu

2024-07-02 19:46:52

 Nərmin Həsənova vəzifəsindən azad olundu

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.

Hurriyyet.Az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı "Report"a təsdiqləyiblər.

Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.