Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı
2024-04-24 17:18:43
Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
“1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb”, - qurumun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.