📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlanıb

2026-02-07 13:32:14

Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlanıb

Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işləri başlanılıb. R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib