📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəsrullah ölümündən öncə atəşkəsə razılaşmışdı - Livan

2024-10-03 12:03:23

Nəsrullah ölümündən öncə atəşkəsə razılaşmışdı - Livan

Hizbullah lideri Həsən Nəsrullah ölümündən öncə hərəkatın atəşkəslə razılaşdığını açıqlamışdı.

Hurriyyet.az xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Bou Həbib deyib.

Nazir ABŞ və Fransa prezidentlərinin sentyabrın 25-də İsrail və Livan arasında atəşkəs elan edilməsi ilə bağlı birgə bəyanatını xatırladıb:

“Bizə dedilər ki, Netanyahu ABŞ və Fransanın bəyanatını təsdiqləyib və biz də Hizbullahın razılaşmasına nail olduq. Sonra nə baş verdiyini bilirsiniz”./Axar.az/