📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu ABŞ-da Ərdoğanla görüşəcək

2023-09-15 00:10:36

Netanyahu ABŞ-da Ərdoğanla görüşəcək

İsrail Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu bazar günü axşam İsraildə yəhudilərin Yeni ili Roş-Ha-Şana başa çatdıqdan dərhal sonra İsraildən ABŞ-yə uçacaq.

Bundan əlavə, səfər çərçivəsində hökumət başçısı ABŞ Prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolts, Ukrayna Prezidenti Vladimir Zelenski və Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə də görüşəcək. \\Axar.Az