📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu bu ərazilərdə hərbi gücünü artıracaq

2026-09-20 19:03:42

Netanyahu bu ərazilərdə hərbi gücünü artıracaq

İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində hərbi mövcudluğun gücləndirilməsi barədə göstəriş verib.

Modern.az xəbər verir ki, Netanyahu ordu və kəşfiyyat qurumlarına bölgədə əməliyyatları genişləşdirməyi tapşırıb.

“Mən orduya və kəşfiyyata İordan çayının qərb sahilində hərbi mövcudluğumuzu gücləndirmək, hücumlar həyata keçirmək və həbslər aparmaq barədə göstəriş verdim”, – İsrailin hökumət başçısı bildirib.